Qulaqlıq yuvası olan  7 ən yaxşı   Android smartfonu
09 aprel 2026 11:24 (UTC +04:00)

Qulaqlıq yuvası olan 7 ən yaxşı Android smartfonu

0

Müasir smartfonların əksəriyyəti simli qulaqlıq girişindən imtina edərək "Bluetooth" texnologiyasına üstünlük versə də, bəzi istifadəçilər hələ də sabit bağlantı və aşağı gecikməyə görə klassik 3,5 mm girişli modelləri seçirlər. Xüsusilə musiqisevərlər üçün bu detal vacibdir, çünki "Bluetooth" vasitəsilə ötürülən səsdə baş verən sıxılma keyfiyyəti azalda bilər.

Lent.az xarici mediaya istinadla 2026-cı ildə qulaqlıq girişi olan ən yaxşı Android smartfonların siyahısını təqdim edir.

TCL 60 XE Nxtpaper

Bu model 250 dollardan aşağı qiyməti ilə diqqət çəkir və büdcə seqmentində maraqlı seçim sayılır. Gözləri qorumağa yönəlmiş “kağız effektli” ekranı və 5010 mAh batareyası sayəsində uzun istifadə imkanı təqdim edir. Performansı yüksək olmasa da, qiymətinə görə funksionallığı qənaətbəxşdir.

Их немного, но они есть: 7 лучших Android-смартфонов с разъемом для наушников

REDMAGIC 11 Pro

Oyun həvəskarları üçün nəzərdə tutulmuş bu cihaz güclü Snapdragon 8 Elite Gen 5 prosessoru və maye soyutma sistemi ilə seçilir. 7500 mAh batareyası uzun oyun seanslarını dəstəkləyir. Simli qulaqcıq girişi isə oyun zamanı gecikməsiz və keyfiyyətli səs təmin edir.

Их немного, но они есть: 7 лучших Android-смартфонов с разъемом для наушников

Sony Xperia 1 VII

Premium seqmentə aid bu model yüksək performans və keyfiyyətli audio imkanları ilə fərqlənir. Sony-nin Walkman texnologiyası sayəsində 3,5 mm giriş vasitəsilə yüksək səviyyəli səs təcrübəsi təqdim olunur. Eyni zamanda microSD dəstəyi də mövcuddur.

Их немного, но они есть: 7 лучших Android-смартфонов с разъемом для наушников

Motorola Moto G Power

Uzun batareya ömrü ilə seçilən bu model gündəlik istifadə üçün ideal büdcə variantıdır. Performansı orta səviyyədə olsa da, etibarlı quruluşu və qulaqcıq girişi ilə praktik seçimdir.

Их немного, но они есть: 7 лучших Android-смартфонов с разъемом для наушников

Samsung Galaxy A15

Təxminən 170 dollar qiymətə malik olan bu model parlaq AMOLED ekranı və uzunmüddətli proqram dəstəyi ilə seçilir. Büdcə seqmentində 3,5 mm girişin qorunması onu fərqləndirən əsas xüsusiyyətlərdəndir.

Их немного, но они есть: 7 лучших Android-смартфонов с разъемом для наушников

ASUS ROG Phone 9 Pro

Oyun üçün nəzərdə tutulmuş ən güclü Android cihazlardan biri hesab olunur. Yüksək performansı, zəngin səs imkanları və qulaqcıq girişi ilə seçilir. Lakin qiyməti yüksək – təxminən 1500 dollar civarındadır.

Их немного, но они есть: 7 лучших Android-смартфонов с разъемом для наушников

Motorola Moto G Stylus

Bu model həm stilus dəstəyi, həm də qulaqcıq girişi ilə fərqlənir. Parlaq OLED ekranı və 120 Hz yenilənmə tezliyi onu həm yaradıcılıq, həm də gündəlik istifadə üçün uyğun edir. Batareya ömrü və sürətli şarj da üstünlükləri sırasındadır.

Их немного, но они есть: 7 лучших Android-смартфонов с разъемом для наушников

Simli qulaqcıq girişindən imtina edən modellərin sayı artsa da, bazarda hələ də bu funksiyanı qoruyan smartfonlar mövcuddur. Doğru seçim istifadəçinin ehtiyaclarından – istər oyun, istər musiqi, istərsə də gündəlik istifadə prioritetlərindən asılıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 222

Oxşar yazılar