Türkiyədə sel 2 nəfəri öldürdü , 127 ev yararsız hala düşdü
08 aprel 2026 21:12 (UTC +04:00)

Türkiyədə sel 2 nəfəri öldürdü, 127 ev yararsız hala düşdü

0

Türkiyənin Osmaniye vilayətində baş verən sel fəlakəti insan tələfatına səbəb olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, Kadirli rayonunda güclü yağışlar nəticəsində çaylar daşaraq ətraf əraziləri su basıb.

Sel sularına qapılan avtomobildə olan iki nəfər boğularaq ölüb.

Qeyd olunub ki, fəlakət nəticəsində 127 ev və 21 iş yeri tam yararsız hala düşüb.

Rayon mərkəzində yerləşən özəl xəstəxananın morqu da su altında qalıb, çox sayda sakin xilasetmə qrupları tərəfindən təxliyə edilib.

Bildirilib ki, əraziyə hər kvadratmetr üzrə 125 kq yağıntı düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 246

Oxşar yazılar