Məşhur memarın  silsilə qətlləri üzə çıxdı - Fahişələri   öldürürmüş
09 aprel 2026 14:14 (UTC +04:00)

Məşhur memarın silsilə qətlləri üzə çıxdı - Fahişələri öldürürmüş

0

ABŞ-da tanınmış memarın qadınları, əsasən fahişəliklə məşğul olanları öldürən seriyalı qatil olduğu üzə çıxıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Long-Aylenddən olan 62 yaşlı keçmiş memar Reks Hoyermann Nyu-York ştatında Gilqo-Biç ərazisində illər ərzində cəsədləri tapılan səkkiz qadının qətlində günahını etiraf edib.

İstintaqın məlumatına görə, hadisələr 1993–2010-cu illər arasında baş verib. Memar fahişəliklə məşğul olan qadınlarla tanış olur, onları boğaraq öldürür və daha sonra cəsədləri Gilqo-Biç, Manorvill və Sauthempton ərazilərinə atırmış. Ölənlərin əksəriyyəti seks işçiləri olub. Bəzi cəsədlər kisəyə bükülmüş vəziyyətdə tapılıb.

İstintaqla razılaşma çərçivəsində Reks FTB ilə əməkdaşlığa razılaşıb. Ona iyunun 17-də ömürlük həbs cəzası veriləcəyi gözlənilir.

Gilqo-Biç seriyalı qətlləri işi 10 ildən çox ABŞ-ın ən səs-küylü açılmamış cinayət işlərindən biri olub. 2022-ci ildə istintaqın yenidən başlanmasından sonra irəliləyiş əldə edilib: müstəntiqlər mobil telefon məlumatlarından, şahid ifadələrindən və atılmış pizza qabığında tapılan DNT-dən istifadə edərək Hoyermanna çıxıblar.

Hoyermann 2023-cü ilin iyulunda Manhettanın mərkəzində, memar kimi çalışdığı yerdə saxlanılıb. Həbs olunduğu vaxtdan bəri günahsız olduğunu iddia etsə də, indi günahını tam şəkildə etiraf edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 384

Oxşar yazılar