PSJ-nin müdafiəçisi Nuno Mendeş qardaşı futbolçunun sevgilisini Portuqaliyadakı evlərində başqa bir kişi ilə ona xəyanət edən zaman yaxalayıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, şəxsi həyatı ilə bağlı bu hadisə Mendeşin psixologiyasına təsir edib.

Bu hadisələrdən sonra Mendesin hətta PSJ-nin Çempionlar Liqasının dörddəbir final mərhələsinin “Liverpul”a qarşı Parisdə dünən keçirilən oyun üçün heyətə daxil edilməməsi ehtimalı da irəli sürülmüşdü.

Lakib bunun əksinə olaraq müdafiəçi komandasının 2:0 hesabı ilə qalib gəldiyi oyunda əsas heyətdə meydana çıxıb.

İddialara görə, Mendeş Dünya çempionatından sonra evlənməyi planlaşdırıb və hətta partnyoruna maddi dəstək də göstərib, lakin son hadisələrdən sonra fikrini dəyişib.
