Bakıda narkotacirlər belə tutuldu - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ
10 aprel 2026 17:08 (UTC +04:00)

Bakıda narkotacirlər belə tutuldu - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ

0

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qaradağ rayonu ərazisində növbəti əməliyyat keçirilib.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 39 yaşlı Qurban Əliyev və 41 yaşlı Eşqin Hümbətov saxlanılıblar.

Onlardan 42 kiloqram 235 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 500 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxslərin ölkə ərazisində narkotiklərin satışı ilə məşğul olduqları və bu məqsədlə, əsasən, gəncləri narkokuryerliyə cəlb etdikləri müəyyənləşdirilib.

Faktla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 400

Oxşar yazılar