20 Braziliya komandasından 10-u baş məşqçilərini işdən çıxarıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Braziliyada yeni mövsüm yanvarın 28-də başlayıb və 10 tur oynanılıb.
“Botafoqo”, “Santos”, “Kruzeyro”, “San-Paulu”, “Flamenqo”, “Vasko da Qama”, “Remo”, “Korintians”, “Şapecoense” və “Atletico Mineyro” komandaları baş məşqçilərini dəyişiblər.
10 turdan sonra “Palmeyras” Braziliya çempionatında 25 xalla liderlik edir.