Ana ögey qızını döyüb öldürdü
10 aprel 2026 10:28 (UTC +04:00)

Ana ögey qızını döyüb öldürdü

0

Hindistanda qadın 3 yaşlı ögey qızını döyərək öldürüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Surcavali kəndində baş verib. Uşağın ölümü ilə bağlı siqnal alan polis əməkdaşları hadisə yerinə gedərək araşdırma aparıblar.

Araşdırma zamanı hüquq-mühafizə orqanları müəyyən ediblər ki, qadın ögey qızına fiziki zorakılıq tətbiq edib. Bundan sonra uşağın vəziyyəti kəskin pisləşib.

Qızcığaz təcili olaraq xəstəxanaya çatdırılıb, lakin onu xilas etmək mümkün olmayıb. Həkimlər ölüm faktını təsdiqləyiblər.

Şübhəli şəxs saxlanılıb. Ona qarşı cinayət işi açılıb. Hazırda istintaqçılar faciənin bütün hallarını araşdırırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 588

Oxşar yazılar