Azərbaycanda palçıq vulkanı  püskürdü
10 aprel 2026 13:03 (UTC +04:00)

Azərbaycanda palçıq vulkanı püskürdü

0

Dünən Abşeron yarımadasında yerləşən “Bozdağ-Güzdək” palçıq vulkanda növbəti püskürmə qeydə alınıb.

Lent.az xəbər verir ki, Püskürmə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəqəmsal stansiyaları tərəfindən qeydə alınıb.

Püskürmə yerli vaxtla saat 22:26-da başlayıb və altı dəqiqə davam edib. Püskürmə bir faza ilə xarakterizə olunub. Palçıq vulkanlarının monitorinqi stansiyalarının məlumatlarına əsasən Bozdağ-Güzdək palçıq vulkanda ocağın dərinliyi 3.0 kilometr, püskürməyin davamlılığı 6 dəq, ayrılan enerjisi isə - 6.32*106 Coul təyin edilmişdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 384

Oxşar yazılar