28 il əvvəl  həbsxanadan qaçmışdı, tutuldu
10 aprel 2026 14:21 (UTC +04:00)

28 il əvvəl həbsxanadan qaçmışdı, tutuldu

0

Rusiyanın Nijni Novqorod vilayətində 28 il ərzində polisdən qaçaraq başqa ad altında yaşayan təkrar cinayətkar saxlanılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, 65 yaşlı İbrahim Tekuyev 1990-cı illərdə quldurluq, oğurluq və qanunsuz silah dövriyyəsinə görə məhkum olunub. 1998-ci ildə o, dörd kamera yoldaşı ilə birlikdə Çerkessk şəhərindəki həbsxananın pəncərəsinin barmaqlıqlarını kəsərək qaçıb. Qaçanlardan üçü həmin il tutulub, dördüncüsü kriminal qarşıdurmada həlak olub, Tekuyev isə Nijni Novqorod vilayətinə gedib.

Orada o, adını dəyişərək demək olar ki, 30 il yaşayıb. Sağ əlində orta barmağın olmaması kimi fərqləndirici əlamətinə baxmayaraq, nə yerli sakinlər, nə də polis onu tanıya bilib.

Nəticədə Çerkesskdən olan həbsxana əməkdaşları Nijni novqorodlu həmkarları ilə birlikdə qaçağı saxlayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 518

Oxşar yazılar