Xaricdə doktorantura təhsili ilə bağlı elan edilmiş 2021-ci il yaz semestri üçün sənəd qəbulunun müddəti uzadılıb.
Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulu üçün son müraciət tarixi dekabrın 25-i saat 23:59-dək təyin edilib.
Ətraflı məlumatla elan mətnindən tanış olmaq mümkündür.