"27 sentyabrdən etibarən 6 həftədən artıq davam etmiş Ermənistan hərbi qüvvələrinin hücumları nəticəsində 10 şagird həlak olub".
Lent.az məlumat verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev Beynəlxalq insan hüquqları gününə həsr olunmuş onlayn konfransda deyib. O bildirib ki, 16 şagird yaralanıb, 54 təhsil müəssisəsi isə müxtəlif dərəcəli dağıntılara məruz qalıb.
Təhsil naziri dəymiş zərərin aradan qaldırılması istiqamətində müvafiq addımların atıldığını da vurğulayıb.