Dekabrın 15-də ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilən hərbi qulluqçular sırasında torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmanlıq göstərərək şəhid olan müəllimlərimiz də var.
Lent.az məlumat verir ki, bu barədə Təhsil Nazirliyi rəsmi sosial şəbəkə hesabında paylaşım edib.