Koronavirusla mübarizədə iştirak edənlərə əlavələr ödənildi - RƏSMİ
09 dekabr 2020 12:57 (UTC +04:00)

Koronavirusla mübarizədə iştirak edənlərə əlavələr ödənildi - RƏSMİ

0

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə oktyabr ayı üzrə iş vaxtına mütənasib olaraq müddətli əlavə ödəyib. 

Agentlikdən Lent.az-a verilən məlumata görə, Bakı şəhəri üzrə 29, respublikanın digər şəhər və rayonları üzrə 96 dövlət tibb müəssisəsinin 9405 nəfər tibb işçisinə və 2369 nəfər qeyri-tibb işçisinə oktyabr ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 13.5 milyon manat müddətli əlavə ödənilib. 

Qeyd edilib ki, 2369 nəfər qeyri-tibb işçisinə 3-5 misli məbləğində 1.9 milyon manat müddətli əlavə verilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 949

Oxşar yazılar