Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 74 534 581 nəfərə çatıb.
Lent.az “Worldometers” saytına istinadən xəbər verir ki, yerli vaxtla saat 09:30-a qədər koronavirusdan 1 655 230 xəstə ölüb, 52 373 081 nəfər sağalıb.
Xatırladaq ki, Azərbaycanda indiyədək ümumilikdə 187 336 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 122 859 nəfər müalicə olunaraq sağalıb, 2 050 nəfər vəfat edib, aktiv xəstə sayı 62 427 nəfərdir.