Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 69 240 196 nəfərə çatıb.
Lent.az “Worldometers” saytına istinadən xəbər verir ki, yerli vaxtla saat 10:00-a qədər koronavirusdan 1 575 819 xəstə ölüb, 47 995 269 nəfər sağalıb.
Xatırladaq ki, Azərbaycanda ümumilikdə 158 555 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 96 330 nəfər müalicə olunaraq sağalıb, 1 755 nəfər vəfat edib, aktiv xəstə sayı 60 470 nəfərdir.