Koronavirus hər yaş qrupundan olan insanı öldürə bilər - azərbaycanlı alimdən AÇIQLAMA
09 dekabr 2020 12:08 (UTC +04:00)

Koronavirus hər yaş qrupundan olan insanı öldürə bilər - azərbaycanlı alimdən AÇIQLAMA

0

Azərbaycanda simptomsuz təmaslılardan testlərin götürülməsinə müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.

Xatırladaq ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, gün ərzində götürülən testlərin sayı çox olduğundan laboratoriyaların iş gücünə təsir göstərir:

“Nəticədə təbii olaraq testin nəticələri bir qədər gecikmiş olur. Bu problemin aradan qaldırılması məqsədilə simptomsuz təmaslılardan testlərin götürülməsinə müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb".

Lent.az-ın mövzu ilə bağlı suallarını Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev cavablandırıb.

- Virusu simptomsuz keçirən şəxslər test vermədən bunu necə anlaya bilərlər? 

- Pandemiya ilə mübarizədə çətinlik törədən də məhz budur, nəticə etibarı ilə də həmin insanlar virusun daha da çox yayılmasına səbəb olurlar. Ona görə də mübarizə strategiyasının məqsədlərındən biri xəstəliyi simptomsuz keçirənləri tez bir zamanda izolə etməkdir. 

- Bunun üçün hansı addımlar atıla bilər?

- Ən düzgün strategiya klasterləri (topluluq - red.) nəzarətə almaqdır. Təəssüflər olsun ki, simptomsuz keçirənlər, sadəcə viruslu xəstə ilə kontaktda olduqdan sonra özündən şübhələnməlidir, başqa kliniki heç bir göstərici yoxdur.

- Maraqlıdır, bəzi şəxslərin xəstəliyi simptomsuz keçirmələrinə səbəb nələrdir? 

- Əslində elm bu gün onu deməyə əsas verir ki, hər yaş qrupundan olan insan bu virusu çox ağır, hətta ölümlə nəticələnəcək qədər ağır keçirdə bilər. Ona görə də düşünmürəm ki, kiminsə xəstəliyi yüngül keçirməsini demək düzgündür. Bu gün artıq biz kifayət qədər ciddi ağırlaşmaları olan xəstələr görürük. Onlar 3-4 ay öncə COVID-19-u çox yüngül keçirdiblər. Məhz buna görə də mən həmişə bildirirəm ki, virusa yoluxub yüngül keçirməyi deyil, virusa yoluxmamağı düşünmək vacibdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1893

Oxşar yazılar