əsgər Novruzov Rüfət
15 dekabr 2020 13:51 (UTC +04:00)

əsgər Novruzov Rüfət

Əsgərin videomüraciətinə nazirlikdən CAVAB

0

Dekabrın 14-də sosial şəbəkələrdə yayımlanan əsgər Novruzov Rüfət Yunis oğlunun videomüraciəti Təhsil Nazirliyində araşdırılıb və məsələnin müsbət həlli ilə bağlı müvafiq tapşırıq verilib.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin Xocalı şəhəri üzrə təsərrüfat qrupunun agenti Rüfət Novruzov 2020-ci il sentyabrın 10-dan 6 ay müddətinə ödənişsiz məzuniyyət ilə bağlı 8 saylı ƏMHM-nin rəisinə müraciət edib:

"ƏMHM-nin rəisinin imzaladığı müvafiq əmr əsasında (skrinlər əlavə olunur) Rüfət Novruzova 2020-ci il sentyabrın 10-dan ailə vəziyyəti ilə bağlı 6 ay müddətinə ödənişsiz məzuniyyət verilib.

Rüfət Novruzov Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün ordu sıralarına çağırılıb, lakin ödənişsiz məzuniyyətdə olması səbəbindən hərbi xidməti dövründə onun maaşı ödənilməyib. Rüfət Novruzovun Vətən müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıq Təhsil Nazirliyi tərəfindən yüksək qiymətləndirilir. Onun 3 aylıq maaşı məbləğində maliyyə yardımı Təhsil İşçiləri Həmkarlar Komitəsinin büdcəsindən artıq ödənilib.

Qeyd edək ki, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş qəhrəman təhsil işçiləri Təhsil Nazirliyinin daim diqqətindədir və bu istiqamətdə davamlı olaraq müvafiq addımlar atılır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5982

Oxşar yazılar