Dilqəm Əsgərov
17 dekabr 2020 13:32 (UTC +04:00)

Dilqəm Əsgərov

Dilqəm Əsgərov ailəsi ilə əlaqə saxlayıb: "Vəziyyəti yaxşıdır"

0

Erməni girovluğundan azad edilən Dilqəm Əsgərov ailəsi ilə əlaqə saxlayıb.

Bu barədə Lent.az-a açıqlama verən D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib ki, atasının vəziyyəti yaxşıdır:

"Məni əsas onun səhhəti narahat edirdi. Danışdıq, bildirdi ki, yaxşıdır və müayinələri davam edir. Atam 6 il 6 aydır girovluqda saxlanılırdı. Səbrsizliklə onu görəcəyimiz günü gözləyirik. Karantin tədbirləri həyata keçirildikdən sonra ona qovuşacağıq".

Xatırladaq ki, beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunub və cari il dekabrın 14-də əsir və girovların qarşılıqlı qaytarılmasına başlanılıb. Günorta saatlarında Azərbaycan vətəndaşları olan əsir və girovların, o cümlədən 2014-cü ilin iyul ayından erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsi təmin edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1097

Oxşar yazılar