Bu prospektdə avtobus zolağı olacaq - "Cərimə olunmamağınız üçün..."
15 dekabr 2020 13:11 (UTC +04:00)

Bu prospektdə avtobus zolağı olacaq - "Cərimə olunmamağınız üçün..."

1

Yaxın günlərdə Mikayıl Useynov prospektində avtobus zolağının tələblərinə uyğun müvafiq yol nişanları qoyulacaq.

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, sürücülərdən hərəkət zamanı avtobus zolağının tələblərinə əməl etmələri xahiş olunur:

"Bu, həm avtobusda hərəkət edənlərin rahatlığı, həm də lüzumsuz yerə cərimə olunmamağınız üçün faydalıdır. Zolağın tələblərinin pozulması inzibati məsuliyyət yaradır və bu qaydaları pozan şəxslər barədə cərimə sanksiyası tətbiq edilir".

Məlumatda qeyd edilib ki, xüsusi hərəkət zolağı boyunca yalnız həmin ərazidən keçən müntəzəm xətt avtobusları və operativ nəqliyyat vasitələri də hərəkət edə bilər.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 756

Oxşar yazılar