Bakıda dezinfeksiya işləri aparılıb
11 dekabr 2020 12:41 (UTC +04:00)

Bakıda dezinfeksiya işləri aparılıb

0

Dünən Vətən müharibəsində qazanılmış tarixi Qələbə münasibətilə Bakı şəhərinin Azadlıq meydanında əzəmətli Zəfər paradı, axşam saatlarında isə Dənizkənarı Milli Parkda Bakı şəhər İcra Hakimiyyətinın (BŞİH) təşkilatçılığı ilə atəşfəşanlıq keçirilib.

BŞİH-dən Lent.az-a verilən məlumata görə, çoxsaylı insanların iştirakı ilə başa çatan tədbirlərdən dərhal sonra paytaxtın kommunal xidmətlərinin əməkdaşları ərazidə sanitar-təmizlik işləri aparıb, gecə saatlarında isə kommunal departamentin xüsusi təyinatlı nəqliyyat vasitələri tərəfindən mərkəz ərazilərdə bütün küçələr xüsusi kimyəvi vasitələrlə dezinfeksiya edilib.

Paytaxtda sanitar-təmizliyin yüksək səviyyədə təminatı ilə bağlı işlər gündəlik davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 528

Oxşar yazılar