Gürcüstanda azərbaycandilli məktəb idman geyimləri hədiyyə edilib
0
0
Qənirə Paşayeva: “Mənə ünvanlanmış xahişi AFFA rəhbərliyinə çatdırdım, AFFA bu təşəbbüsü dəstəklədi”
Gürcüstanda bir neçə Azərbaycan dilli məktəbin futbol komandalarına idman geyimləri və toplar hədiyyə edilib.
Lent.az-ın verdiyi məlumata görə, Marneulidə fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə təşkil edilən gənclərlə görüşdə iştirak edən Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Qənirə Paşayeva deyib ki, Marneulidə fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin bununla bağlı ona ünvanlanmış xahişini AFFA rəhbərliyinə çatdırıb.
Millət vəkili bildirib ki, AFFA bu təşəbbüsü dəstəkləyib. İlkin mərhələdə 10 məktəbin futbol komandasının geyim və futbol topları, 20 məktəbin isə futbol topları ilə təmin olunmasına qərar verilib : “Bu cür layihələr prezident İlham Əliyevin soydaşlarımıza qayğısı və dəstəyinin nəticəsidir. Gənclərimiz Gürcüstanda Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə təhsil, mədəniyyət və humanitar sahələrdə həyata keçirilən layihələrdən yararlanaraq daha savadlı, daha sağlam, mədəniyyətimizə sahib, inkişaf edən bir şəxs kimi yetişməlidirlər”.
AFFA-nın vitse-prezidenti, millət vəkili Rauf Əliyev bildirib ki, onların Gürcüstanda yaşayan soydaşlarımıza idmanın inkişafı istiqamətindəki dəstəkləri davam edəcək. Yaxın gələcəkdə digər məktəblərə də bu istiqamətdə dəstək göstəriləcək. Millət vəkili Sabir Hacıyev də Gürcüstanda azərbaycanlı gənclərinin daha yaxşı təhsil almalı, ana dili ilə yanaşı gürcü dilini öyrənməli, mədəniyyətimizin qorunması və inkişaf istiqamətində çox çalışmalı olduqlarını söyləyib.
Tədbirin sonunda məktəblərə idman geyimləri və futbol topları hədiyyə edilib.