Aktyorun ölümünə  görə köməkçisi həbs olundu
28 may 2026 14:03 (UTC +04:00)

Aktyorun ölümünə görə köməkçisi həbs olundu

0

Aktyor Metyu Perrinin köməkçisi onun ölümü ilə bağlı iş üzrə həbs olunub.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Kaliforniya məhkəməsi aktyor Metyu Perrinin şəxsi köməkçisi 61 yaşlı Kennet İvamasunu 3 il, 5 ay müddətinə həbs cəzasına məhkum edib. O, həmçinin 10 min dollar məbləğində cərimə ödəməlidir.

İstintaqın məlumatına görə, Kennet İvamasu dəfələrlə aktyora ketamin adlı narkotik maddə inyeksiya edib. 2023-cü ilin oktyabrında etdiyi inyeksiyalardan biri ölümcül olub.

Amerikalı aktyor Metyu Perri 2023-cü ilin oktyabrında 54 yaşında vəfat edib. O, "Friends" serialındakı "Çandler Binq" obrazı ilə məşhurlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 507

Oxşar yazılar