Alimlər telefon danışığının müddəti ilə ürək-damar sistemi üçün təhlükəli hesab olunan bir xəstəliyin inkişaf riski arasında narahatedici əlaqə aşkar ediblər.
Lent.az xrici mediaya istinadən xəbər verir ki, çinli alimlər uzun müddətli telefon danışığının yüksək qan təzyiqinin yaranma riskini artıra biləcəyini müəyyən ediblər. Hipertoniya ürək-damar fəsadlarının əsas risk faktorlarından biri hesab olunur.
Araşdırmanın nəticələrinə görə, həftədə 30 dəqiqədən çox mobil telefonla danışmaq yüksək arterial təzyiqin yaranma ehtimalını artıra bilər. Həftədə ən azı yarım saat mobil telefonla danışan şəxslərdə hipertoniya riski daha az danışanlarla müqayisədə orta hesabla 12 faiz yüksək olur.
Bundan əlavə, danışıq müddəti artdıqca riskin də yüksəldiyi müəyyən edilib. Yəni telefon danışıqlarına nə qədər çox vaxt sərf edilərsə, xəstəliyin yaranma ehtimalı da bir o qədər artır.
Bu əlaqə xüsusilə yüksək qan təzyiqinə irsi meyilli insanlarda daha qabarıq müşahidə olunub. Tədqiqatçılar ehtimal edirlər ki, bunun səbəbi bir neçə amilin birgə təsiri ola bilər. Buraya radiotezlik şüalanmasına uzunmüddətli məruz qalma, danışıq zamanı emosional gərginlik və sinir sisteminə əlavə yük daxildir.