Kəşfiyyatçı zabit 40 milyon dollarlıq  qızıl oğurlayıb
28 may 2026 18:02 (UTC +04:00)

Kəşfiyyatçı zabit 40 milyon dollarlıq qızıl oğurlayıb

0

Məxfi məlumatlara ən yüksək səviyyədə çıxışı olan keçmiş Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) əməkdaşı David Raş dövlət vəsaitlərini mənimsəməkdə ittiham olunur.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Federal Təhqiqat Bürosu (FBI) onun evində 300-dən çox qızıl külçə aşkar edib. Tapılan qızılın dəyərinin 40 milyon dollardan çox olduğu bildirilir.

İş materiallarına əsasən, 2025-ci ilin noyabrından 2026-cı ilin mart ayına qədər David Raş rəhbərlikdən mütəmadi olaraq iri məbləğdə xarici valyuta tələb edib. Bundan əlavə, o, on milyonlarla dollar dəyərində qızıl külçələr əldə edib. Raş bu aktivlərin xidməti xərclərin ödənilməsi üçün lazım olduğunu iddia edib. Rəhbərlik isə onun müraciətlərini lazımi yoxlama aparmadan təsdiqləyib.

Araşdırma zamanı o da məlum olub ki, Raş illərlə karyera yüksəlişi üçün öz tərcümeyi-halını saxtalaşdırıb. O, özünü ABŞ Hərbi Dəniz Qüvvələrinin döyüş pilotu kimi təqdim edib. Həmçinin Hərbi Hava Qüvvələrinin Texnologiya İnstitutunda elmi əməkdaş işlədiyini bildirib. Lakin yoxlamalar göstərib ki, onun hətta mülki aviasiya üzrə baza pilot lisenziyası belə yoxdur.

Raşın evində aparılan axtarış zamanı təxminən 2 milyon dollar nağd pul götürülüb. Müsadirə edilən əşyalar arasında əsasən "Rolex" markasına məxsus olmaqla 35 ədəd lüks saat da var.

Hazırda keçmiş kəşfiyyatçı həbs altındadır. İstintaq Raşın evində niyə bu qədər böyük qızıl ehtiyatı saxladığını araşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 372

Oxşar yazılar