Ağacda cinsi əlaqədə  olan cütlük yıxıldı, kişi öldü
28 may 2026 12:55 (UTC +04:00)

Ağacda cinsi əlaqədə olan cütlük yıxıldı, kişi öldü

0

Rusiyada kişi palıd ağacının budağından yıxılaraq ölüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə cütlüyün palıd ağacının budağında cinsi əlaqədə olarkən baş verib.

Məlumata görə, yaxınlıq zamanı kişi sürüşərək tarazlığını itirib və instinktiv şəkildə partnyorundan yapışıb. Nəticədə hər ikisi ağacdan yerə yıxılıb, qadın isə kişinin üzərinə düşüb.

Təcili yardıma zəng edən qadın huşunu itirmək üzrə olduğunu, yanında olan kişinin isə heç bir reaksiya vermədiyini bildirib. Gələn həkimlər kişinin öldüyünü müəyyən ediblər.

Zərərçəkən qadının huşu yerində olsa da, onda döş qəfəsi nahiyəsində sınıqlar, bud sümüyü zədəsi və kəllə-beyin travması qeydə alınıb. Bundan başqa, onda güclü qan itkisi nəticəsində yaranan hemorragik şok inkişaf edib. Qadına təcili tibbi yardım göstərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 856

Oxşar yazılar