Ürək üçün  nə faydalıdır? - Mütəxəssislərin tövsiyələri
28 may 2026 18:20 (UTC +04:00)

Ürək üçün nə faydalıdır? - Mütəxəssislərin tövsiyələri

0

Alimlərin genişmiqyaslı araşdırması göstərib ki, ürək sağlamlığı üçün həlledici amil azkarbohidratlı və ya azyağlı pəhriz yox, qidaların keyfiyyətidir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər bütün azkarbohidratlı və ya azyağlı pəhrizlərin ürək-damar sistemi üçün eyni dərəcədə faydalı olmadığını bildirir. Əgər qida rasionunda çoxlu emal olunmuş məhsullar, heyvan mənşəli zülallar və yağlar varsa, eyni zamanda tərəvəz, meyvə, tam taxıllı məhsullar, eləcə də faydalı yağlar azdırsa, belə pəhriz formal olaraq az karbohidratlı yaxud “azyağlı” sayılsa belə, ürəyə uzunmüddətli faydası minimal olur.

Ürək sağlamlığı üçün ən vacib amil qidaların keyfiyyətidir. İnsan karbohidratı və ya yağı azaltmasından asılı olmayaraq, bitki mənşəli qidalar, tam taxıllı məhsullar və faydalı yağlara üstünlük vermək ürək-damar sistemi üçün daha yaxşı nəticələrlə əlaqələndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 352

Oxşar yazılar