NİVA ilə Girdiman çayına düşən 5 nəfər   belə xilas olundu - YENİLƏNİB
28 may 2026 11:56 (UTC +04:00)

NİVA ilə Girdiman çayına düşən 5 nəfər belə xilas olundu - YENİLƏNİB

0

Girdiman çayının İsmayıllı rayonu, Zərnava kəndindən keçən hissəsində vətəndaşlar avtomobildə köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a bildirilib ki, bu barədə “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Niva” markalı minik avtomobilinin çayda suyun güclü axını nəticəsində hərəkət edə bilməməsi səbəbindən vətəndaşların nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri nəticəsində avtomobildə köməksiz vəziyyətdə qalan 5 nəfər (kişi cinsli) xilas edilib.

***
11:21

İsmayıllıda avtomobil çaya aşıb, 4 nəfər köməksiz vəziyyətdə qalıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə dünən gecə saatlarında baş verib.

46 yaşlı Cümşüd Hüseynova məxsus “Niva” markalı avtomobildə sürücü və sərnişinlər köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Girdiman çayının İsmayıllı rayonu, Zərnava kəndindən keçən hissəsində avtomobildə köməksiz vəziyyətdə qalan 4 nəfər FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri tərəfindən xilas edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 752

Oxşar yazılar