Eşqdən məhkəməyə : Hollivudun ən qalmaqallı  boşanmaları
13 may 2026 19:59 (UTC +04:00)

Eşqdən məhkəməyə: Hollivudun ən qalmaqallı boşanmaları

0

Hollivud təkcə gözəl sevgi hekayələri ilə deyil, həm də illərlə medianın gündəmindən düşməyən səs-küylü boşanmaları ilə tanınır. 

Lent.az xarici mediaya istinadən ulduzların uşaq qəyyumluğu və milyonluq sərvət uğrunda apardıqları ən səs-küylü "müharibələri" təqdim edir.

Ancelina Coli və Bred Pitt

От любви до громких судов: самые скандальные разводы Голливуда, которые шокировали весь мир

Təxminən 12 il birlikdə olan cütlük Hollivudun ən möhkəm ailələrindən hesab olunurdu. "Mister və missis Smit" filminin çəkilişlərində başlayan münasibətlər 2014-cü ildə rəsmi nikahla taclandırılsa da, cütlük cəmi iki il sonra boşanmaq qərarı alaraq pərəstişkarlarını şoka saldı. O vaxtdan bəri uşaqların qəyyumluğu, maliyyə məsələləri və Fransadakı malikanə ilə bağlı məhkəmə çəkişmələri hələ də tam yekunlaşmayıb.

Conni Depp və Ember Herd

От любви до громких судов: самые скандальные разводы Голливуда, которые шокировали весь мир

2017-ci ildə baş tutan boşanma qısa müddətdə qarşılıqlı ittihamlarla dolu böyük bir münaqişəyə çevrildi. Xüsusilə, 2022-ci ildə bütün dünyanın canlı izlədiyi məhkəmə prosesi şəxsi həyatın ən gizli detallarını ortaya çıxardı. Hazırda hüquqi müstəvidə mübahisələr bitsə də, onların "səssiz münaqişəsi" hələ də Hollivudun ən dramatik hadisələrindən biri hesab olunur.

Nikol Kidman və Kit Urban

Ніколь Кідман і Кіт Урбан офіційно розлучилися після 19 років шлюбу

2006-cı ildə evlənən cütlük 20 ilə yaxın müddətdə sabit münasibətlərin nümunəsi kimi göstərilirdi. Lakin 2026-cı ilin əvvəlində yayılan şayiələr yanvar ayında rəsmi ayrılıq xəbəri ilə təsdiqləndi. Digər ulduzlardan fərqli olaraq, onlar uşaqlarının naminə prosesi ictimaiyyətdən uzaq və dostcasına idarə etməyə çalışırlar.

Kim Kardaşyan və Kanye Vest

От любви до громких судов: самые скандальные разводы Голливуда, которые шокировали весь мир

2021-ci ildə rəsmən boşanan cütlük, əsasən vəkillər vasitəsilə razılığa gəlməyə üstünlük verdilər. Onların ayrılığı maliyyə və qəyyumluq məsələləri ilə müşayiət olunsa da, digər cütlüklər kimi uzunmüddətli "məhkəmə şousuna" çevrilmədi.

Kim Beysinqer və Alek Bolduin

От любви до громких судов: самые скандальные разводы Голливуда, которые шокировали весь мир

90-cı illərin ən çox danışılan cütlüyü 1993-cü ildə evlənib, 2002-ci ildə boşanıblar. Onların ayrılığı qızları Ayrlandın qəyyumluğu uğrunda gedən sərt mübarizə və emosional qalmaqallarla yadda qalıb.

Kevin Kostner və Kristin Baumqartner

От любви до громких судов: самые скандальные разводы Голливуда, которые шокировали весь мир

19 illik evlilikdən sonra 2023-cü ildə ayrılan cütlük, aliment və əmlak bölgüsü məsələsində ciddi şəkildə qarşı-qarşıya gəldilər. Yalnız 2025-ci ildə tərəflər arasında yekun razılıq əldə olundu və bu səs-küylü məhkəmə prosesi sona çatdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 266

Oxşar yazılar