Yüngül, amma eyni zamanda doyumlu bir şey istəyəndə bu salat ideal seçimdir.
Lent.az xəbər verir ki, ilk istixana xiyarları artıq satışdadır və bu da mövsümi, yüngül salatlar üçün ən uyğun vaxt deməkdir. Bu dövrdə insan daha çox təzə, sadə və ev üsulu ilə hazırlanan yeməklərə üstünlük verir həm ağır deyil, həm də çox ləzzətlidir.
Bu resept gündəlik menyu üçün olduqca uyğundur. Xırtıldayan xiyar, qaynadılmış yumurta, sərt pendir və şüyüd birlikdə zərif dad yaradır, yoqurt və sarımsaqdan hazırlanan sous isə salata yüngül pikantlıq qatır.
Tərkibi
4-5 ədəd kiçik təzə xiyar
3 ədəd qaynadılmış yumurta
70 qram sərt pendir
3 xörək qaşığı konservləşdirilmiş qarğıdalı
Şüyüd
Sous üçün
3 xörək qaşığı yoqurt
1 diş sarımsaq
Duz, istiot
Hazırlanması
Yumurtaları qaynadıb doğrayın. Xiyarları və pendiri də doğrayın. Üzərinə xırda doğranmış şüyüd və qarğıdalını əlavə edin.
Sous üçün yoqurtu, əzilmiş sarımsağı, duz və istiotu qarışdırın. Hazırladığınız sousu salatın üzərinə əlavə edin, yaxşıca qarışdırın və süfrəyə verin.
Nuş olsun!