"Vəhşi çay" filminin çəkilişində FACİƏ  baş verəcəkmiş: Ulduz aktrisa suda boğulurmuş
07 may 2026 16:03 (UTC +04:00)

"Vəhşi çay" filminin çəkilişində FACİƏ baş verəcəkmiş: Ulduz aktrisa suda boğulurmuş

0

Müasir dövrün ən yaxşı aktrisalarından biri hesab edilən Meril Strip 1994-cü ildə çəkiliş meydançasında həlak olan aktyorların faciəvi siyahısına daxil olmağa çox yaxın idi. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, gərgin süjetli "Vəhşi çay" filmi üzərində işləyərkən aktrisa həyatı bahasına başa gələ biləcək riskə getdi: həddindən artıq yorğunluq və təhlükəli tryuk ucbatından o, bütün çəkiliş qrupunun gözü qarşısında buzlu suyun altında qalaraq ölüm-dirim savaşı verib.

Dram kraliçası və rekord sayda "Oskar" nominasiyası sahibi bu filmdə Kevin Beykonun canlandırdığı təhlükəli anti-qəhrəmanla birlikdə çəkilib. Hadisə onun dar bir məkanda sal üzərində avar çəkməli olduğu səhnə zamanı baş verib: sal çevrilib və aktrisa suyun altına qərq olub. Səthə çıxmaq üçün onun cəmi bir neçə saniyəsi olub.

Aktrisa xatırlayır ki, həmin gün səhərdən başlayan çəkilişlər onu çox üzüb. Nahar fasiləsindən sonra komanda bu mürəkkəb səhnəyə başlayıb. O, rejissor Körtis Hensonu yorğun olduğu barədə xəbərdar edərək çəkilişin başqa günə keçirilməsini xahiş etsə də, rejissor cəmi bir dublun kifayət edəcəyinə və sonra azad olacağına dair ona zəmanət verib.

"Qayıq çuxura düşdü, qalxdı və çevrildi, mən isə çayın dibinə getdim. O güclü buzlu suyun məni daha da dərində necə sürdüyünü xatırlayıram".

Hətta həmin gərgin anda aktrisa təsəvvür edib ki, əgər çəkiliş meydançasında ölərsə, həyat yoldaşı əlində böyük bıçaq ilə gəlib ondan qisas alacaq.

Çəkilişlər Qərbi Montanadakı Kutenay çayında aparılıb. Orada suyun axını və dalğalar o qədər səs-küylü olub ki, rejissorun meqafonla qışqırtısı belə çətin eşidilib.

Aktrisa boğulduğu anlarda panikaya düşməməsinə, sakit qalmasına özü də təəccüblənib. Komandadan 500 metr uzağa sürükləndikdən sonra onu xilasedici kayerlərdən biri xilas edib.

"Sahilə çatanda ayaqlarım kəsildi. Ürəyim dəli kimi döyünürdü, sakitləşməyə çalışırdım. İndi tam əminəm ki, əgər nəsə etmək üçün çox yorğun olduğumu deyirəmsə, hamı buna inanmalıdır".

"Vəhşi çay" filmi 45 milyon dollarlıq büdcə ilə 94,2 milyon dollar gəlir əldə edərək uğur qazanıb və "Qızıl Qlobus"un iki nominasiyasına layiq görülüb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 276

Oxşar yazılar