Sumqayıtda çəkiliş zamanı jurnalistləri söyən  ana və qızı SAXLANILDI
07 may 2026 13:40 (UTC +04:00)

Sumqayıtda çəkiliş zamanı jurnalistləri söyən ana və qızı SAXLANILDI

0

Sumqayıtda jurnalistləri söyən ana və qızı saxlanılıb.

Lent.az xəbər verir ki, hadisə Stansiya Sumqayıt adlanan ərazidə qeydə alınıb.

Xəbər portallarından birinin əməkdaşı və təsisçisi özlərinin “Instagram” səhifəsinə ərazidəki tullantılarla bağlı daxil olan şikayət əsasında çəkiliş aparmağa gəliblər. Bu zaman süpürgəçi işləyən 28 yaşlı Mətanət Həşimova (ad və soyad şərtidir) və anası onlara mane olaraq, söyüş söyüblər. Həmçinin Mətanətin anası evdən “Qurani-Kərim” kitabı gətirərək jurnalistlərə çırpıb və “Quran sizə qənim olsun” deyib.

Zərərçəkənlərin şikayətləri əsasında ana və qızı polis əməkdaşları tərəfindən saxlanılıb. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1-ci (xırda xuliqanlıq) maddəsilə protokol tərtib olunub.

Məhkəmənin qərarı ilə ana və qızı hər biri 100 manat məbləğində inzibati qaydada cərimələniblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 310

Oxşar yazılar