FİFA-dan "Neftçi"yə transfer QADAĞASI
07 may 2026 10:47 (UTC +04:00)

FİFA-dan "Neftçi"yə transfer QADAĞASI

0

"Neftçi" FİFA tərəfindən transfer qadağası ilə üzləşib. FİFA-nın rəsmi portalı "ağ-qaralar"ı qırmızı siyahıya salıb və kluba transfer qadağası qoyub.

Lent.az apasport.az-a istinadla bildirir ki, buna səbəb mövsümün əvvəlində baş tutan Alessio Kurçi transferi olub.

Belə ki, Kurçinin transferi zamanı qarşı tərəflə hissəli ödəniş şəklində razılıq əldə olunub. Hissəli ödənişlərdə gecikmə yaşandığı üçün futbolçunun transfer edildiyi Belçikanın "Francs Borains" klubu bununla bağlı FİFA-ya məlumat verib.

Neftçi tərəfi artıq bu problemi aradan qaldırıb, göndərilən sənəd Belçika təmsilçisi və FİFA tərəfindən təsdiqlənib.

Transfer qadağasının bu gün ərzində, ən geci sabah üçün ləğv olacağı deyilib.

Qeyd edək ki, FİFA-nın transfer qadağası siyahısına düşən klublar borc və ya öhdəliklərini yerinə yetirmədikdə yeni futbolçu qeydiyyatdan keçirə bilmirlər. “Neftçi”də problemin qısa müddətdə aradan qalxacağı gözlənildiyi üçün yay transfer planlarına ciddi təsir etməyəcəyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 180

Oxşar yazılar