Azərbaycanda kuryoz OLAY:  keçmiş nişanlısının evini daşa basdı
07 may 2026 11:50 (UTC +04:00)

Azərbaycanda kuryoz OLAY: keçmiş nişanlısının evini daşa basdı

0

Mingəçevirdə keçmiş nişanlısının evinə hücum edən məsuliyyətə cəlb olunub.

Lent.az xəbər verir ki, hadisə D. Əliyeva küçəsində qeydə alınıb.

35 yaşlı Hüseyn Şərifov (ad və soyad şərtidir) keçmiş nişanlısının evinə gedərək, ucadan səs-küy salıb, evin pəncərəsinə daş atıb və qapıya təpiklə vurub. Zərərçəkənin şikayəti əsasında Hüseyn saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsilə protokol tərtib olunub.

Hüseyn Şərifovun sözlərinə görə, etdiyi hərəkətin səbəbi keçmiş nişanlısına olan sevgisi və qızın onun zənglərinə cavab verməməsidir. O, əməlindən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini deyib.

Zərərçəkən şəxs bildirib ki, Hüseyn onu hədələyir və mütəmadi olaraq telefonuna zəng edərək onu narahat edir. Buna görə də o, H. Şərifovun barəsində tədbir görülməsini məhkəmədən xahiş edib.

Məhkəmənin qərarı ilə Hüseyn Şəfirov 100 manat məbləğində inzibati qaydada cərimələnib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 242

Oxşar yazılar