"Yuventus" klubu "Real" və "Barselona"ya Superliqadan çıxmaq üçün hüquqi prosedurlara başladıqlarını bildirib.
Lent.az bildirir ki, bu barədə “Relevo” məlumat yayıb.
Qeyd olunur ki, layihədən çəkilmə prosesi bir neçə həftə çəkəcək və klub bu barədə qəti qərar verib.
2021-ci il aprelin 18-də 12 top klub Avropa Super Liqasının yaradıldığını elan edib. Bura “Mançester Siti”, “Arsenal”, “Mançester Yunayted”, “Liverpul”, “Tottenhem”, “Çelsi”, “Barselona”, “Real”, “Atletiko”, “İnter”, “Milan” və “Yuventus” daxildir.
Bu xəbər futbol rəsmiləri və azarkeşlərin mənfi reaksiyasına səbəb olub. Aprelin 20-də əksər klublar layihədən çəkildiklərini elan ediblər, bundan sonra üç iştirakçı Super Liqada qalıb - "Barselona", "Real" və "Yuventus".