Səudiyyə Ərəbistanı PUL SƏPƏLƏDİ: Onların  maaşları heyrətamizdir
09 iyun 2023 12:25 (UTC +04:00)

Səudiyyə Ərəbistanı PUL SƏPƏLƏDİ: Onların maaşları heyrətamizdir

1

Səudiyyə Ərəbistanında idman turizmini artırmaq üçün klublara verilən dövlət dəstəyi transferdə astronomik xərcləmə də gətirib.  “Əl Nəsr”in Kriştianu Ronaldonu transferindən sonra “Əl İttihad” Kərim Benzema ilə anlaşıb. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Lionel Messinin qapısından döndüyü Səudiyyə Ərəbistanında futbolçuların maaşları heyrət doğurur.

Ötən mövsüm ara transfer dövründə "Mançester Yunayted"dən qovulan Kriştiano Ronaldo sürpriz qərarla Səudiyyə Ərəbistanına yollanıb. Portuqaliyalı ulduzun transferindən sonra Səudiyyə Ərəbistanı Liqasında populyarlıq yüksəlib.

Yayım hüquqları üçün yeni müqavilələr imzalayan Səudiyyə Ərəbistanında dövlət tərəfindən dəstəklənən konsorsium klublara transfer asanlığı təmin edib. Səudiyyə Ərəbistanı nəhəngləri bu dəstəkdən sonra az qala pulları transferlərə səpələyəcəklər. Səudiyyə Ərəbistanının ən çox qazanan ulduzları...

Ronaldoya 200 milyon avro

Kriştiano Ronaldo ara transferdövründə Səudiyyə Ərəbistanının köklü klubu "Əl-Nəsr"lə müqavilə imzalayıb. Portuqaliyalı superulduz Səudiyyə Ərəbistanı nəhəngindən 2,5 il ərzində 500 milyon avro qazanıb. "Əl-Nəsr" Kriştiano Ronaldoya illik 200 milyon avro ödəməyə davam edəcək.

Benzemadan 3 illik imza

“Real”dan ayrılaraq bir çox klubun radarına düşən Kərim Benzema da Kriştiano Ronaldo kimi Səudiyyə Ərəbistanına yollanıb. Fransalı hücumçu "Əl-İttihad"la 3 illik müqavilə imzalayıb. Səudiyyə Ərəbistanı təmsilçisinin Kərim Benzemaya ildə 200 milyon avro ödəyəcəyi bildirilib.

Kanteyə 1+1 illik təklif

"Çelsi"dən ayrılan N'Qolo Kante də "Əl-İttihad"ın radarına düşüb. Qeyd olunub ki, Kərim Benzema ilə müqavilə imzalayan Səudiyyə Ərəbistanı nəhəngi N'Qolo Kante üçün 1+1 illik müqavilə hazırlayıb. Fransız yarımmüdafiəçinin "Əl-İttihad"la müqavilə imzalayacağı təqdirdə ildə 100 milyon avro qazanacağı bildirilir.

Messi qapıdan qayıtdı

PSJ- -dən ayrılan Lionel Messi futbol tarixinin ən gəlirli müqavilə təklifindən imtina edib. Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandası argentinalı ulduza 3 illik müqavilə üçün 1 milyard 500 milyon avro təklif edib. "İnter Mayami"yə keçən Lionel Messi illik 500 milyon avro maaşı qəbul etməyib.

Səudiyyə Ərəbistanı Liqasındakı digər tanınmış futbolçuların maaşları belədir:

Odion İqalo – “Əl-Hilal”: 20 milyon avro

Ever Baneqa – “Əl-Şabab”: 11 milyon avro

Anderson Taliska – “Əl-Nəsr”: 11 milyon avro

Musa Mareqa – “Əl Hilal”: 10 milyon avro
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 2940

Oxşar yazılar