"Əl-Nəsr"ın hücumçusu Kriştiano Ronaldo karyerasını MLS çempionatında davam etdirə bilər.
Lent.az xatırladır ki, 38 yaşlı futbolçu Səudiyyə Ərəbistanında yalnız ilk mövsümü keçirib.
Jurnalist Qerardo Velaskes de Leonun sosial şəbəkədəki səhifəsində yazdığına görə, “Los-Anceles” rəhbərliyi portuqaliyalının xidmətində maraqlıdır. Yarımmüdafiəçi Karlos Vela komandanı tərk edərsə, Amerika klubu hücumçunu dəvət etməyə çalışacaq.
Ronaldo bu mövsüm 19 oyuna çıxıb, 14 qol vurub və 2 məhsuldar ötürmə edib.