"Real"ın yarımmüdafiəçisi də Səudiyyə klubuna gedir
06 iyun 2023 12:03 (UTC +04:00)

"Real"ın yarımmüdafiəçisi də Səudiyyə klubuna gedir

22

Yarımmüdafiəçi Luka Modriç “Real Madrid”i tərk edəcək.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, xorvatiyalı futbolçu Səudiyyə Ərəbistanının klubu ilə müqavilə imzalayacaq. Müqavilə 3 illik olacaq və futbolçu 120 milyon avro alacaq. Oyunçunun Xorvatiya millisinə çağırış almağa davam etmək və Avro 2024-ü keçirmək istədiyi qeyd olunur.

Luka Modriçin “Real Madrid”lə hazırkı müqaviləsi bu il iyunun sonunda başa çatır. Daha əvvəl bildirilib ki, tərəflər müqavilənin daha bir il uzadılması ilə bağlı razılığa gələ biliblər.

Yarımmüdafiəçi bu mövsüm “Real Madrid”in heyətində bütün turnirlərdə 51 oyuna çıxıb, 6 qol vurub və 6 məhsuldar ötürmə edib. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 10 milyon avrodur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
22
# 4922

Oxşar yazılar