Daxili İşlər Nazirliyi Bakıda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, sentyabrın 24-də saat 21 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində Bakı şəhər sakini Aydın İsmayılov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən həmyerlisi Nəsibə Vəliyevanı vurub və nəticədə piyada hadisə yerində ölüb.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.
*****
25 sentyabr
Bakıda ağır yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, Xəzər rayonu ərazisində, Mərdəkan-Buzovna yolunda "Toyota" markalı avtomobil yolu keçmək istəyən qadını vurub. Ağır xəsarət alan 40 yaşlı qadın hadisə yrindəcə keçinib.
Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.