FHN əməkdaşlarını maşın vurdu, biri öldü  - YENİLƏNİB
21 fevral 2026 10:26 (UTC +04:00)

FHN əməkdaşlarını maşın vurdu, biri öldü - YENİLƏNİB

0

Fövqəladə Hallar Nazirliyi Salyanda yanğınsöndürmə əməkdaşının ölümü ilə bağlı məlumat yayıb.

FHN-dən Lent.az-a bildirilib ki, hadisə fevralın 21-də saat 6 radələrində Bakı-Astara magistral yolunda baş verib.

Avtomobildə baş vermiş yanğının söndürülməsi əməliyyatı zamanı xidməti vəzifələrini yerinə yetirərkən hərəkətdə olan yük avtomobilinin vurması nəticəsində Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan Şəhər Yanğından Mühafizə Dəstəsinin əməkdaşı 42 yaşlı Piriyev Hakim Şahlar oğlu həyatını itirib, Salyan Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşı 37 yaşlı Tağıyev Elşən İnsanağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. E.Tağıyevin həyati təhlükəsi yoxdur.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Hakim Piriyev

***
09:40

Salyanda yanan avtomobili söndürən Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarını maşın vurub, biri ölüb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə səhər saatlarında Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Kürsəngi kəndindən keçən hissəsində qeydə alınıb. Yanan “Mercedes” markalı yük avtomobilini söndürən FHN-in Salyan Yanğından Mühafizə Xidmətinin əməkdaşlarını avtomobil vurub.

Nəticədə 42 yaşlı Neftçala rayonunun Şorkənd kənd sakini Hakim Piriyev hadisə yerində ölüb. Digər əməkdaş xəstəxanaya yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 716

Oxşar yazılar