Müğənni Fərəh Samirəqızı saxlanıldı - VİDEO  - YENİLƏNİB
20 fevral 2026 16:38 (UTC +04:00)

Müğənni Fərəh Samirəqızı saxlanıldı - VİDEO - YENİLƏNİB

3

Sosial şəbəkədə qeyri-etik ifadələr səsləndirən müğənni Fərəh Samirəqızı cərimələnib.

Lent.az-ın məlumatına görə, müğənni barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) protokol tərtib olunub.

Xətai rayon Məhkəməsinin qərarı ilə Fərəh Samirəqızı 500 manat cərimələnib.

***
13:20

Müğənni Fərəh Samirəqızı saxlanılıb. 

Lent.az-ın əldə etdiyi məlumata görə, Fərəh Samirəqızı sosial şəbəkələrdə təhqiramiz ifadələr işlətdiyi üçün polis tərəfindən saxlanılıb. 

Yaxın saatlarda o məhkəmə qarşısına çıxarılacaq. 

Qeyd edək ki, müğənni Fərəh meyxanaçı Samirənin qızıdır.

Onun sosial mediada həmkarı Kəmalə Günəşlinin müdafiə xarakterli çıxışı tənqid və qəzəblə qarşılanıb. 

Həmin çıxışı təqdim edirik:

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
3
# 2338

Oxşar yazılar