Bakıda oteldə ölüm hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində qeydə alınıb.
Ağstafa rayon sakini 29 yaşlı Adil Nadir oğlu Hümbətov buradakı otellərdən birində ölüb. Onun infarktdan keçindiyi bildirilir.
Araşdırma aparılır.