Makaron yeyib arıqlamaq  - Qızıl qayda
21 fevral 2026 10:14 (UTC +04:00)

Makaron yeyib arıqlamaq - Qızıl qayda

0

İtalyanlar həm makaronun dadından zövq almağa, həm də bel ölçüsündən narahat olmamağa imkan verən bir formul tapıblar. Turistlər təəccüblənirlər: demək olar ki, hər gün makaron yeyilən bir ölkədə insanlar necə formada qalırlar?

Lent.az xarici mediaya istinadən bu qızıl qaydanı təqdim edir:

Sirr “möcüzəvi” maddələr mübadiləsində deyil. Hər şey İtaliyada demək olar ki, müqəddəs sayılan bir qaydaya porsiya nəzarətinə dayanır. Yerli dietoloqlar izah edirlər ki, düzgün miqdara riayət edilərsə, makaron özü kökəltmir. İtalyanlar boşqaba böyük porsiya yığmır, bir nəfər üçün ovuca sığan qədər (təxminən 70-90 qram quru makaron) ilə kifayətlənirlər.

Bu yanaşma artıq yeməyin və əlavə kalorilərin qarşısını alır. Xüsusilə bərk buğda növlərindən hazırlanan makaron daha uzun müddət toxluq hissi yaradır. Hazırlanma dərəcəsi də çox önəmlidir. “Al dente” (“dişə uyğun” deməkdir) bişirilmiş makaron daha yavaş həzm olunur və qanda şəkərin kəskin artmasına səbəb olmur. Həddindən artıq bişmiş makaron isə daha sürətli karbohidratlara çevrilir və insan tez acır.

İtalyanlar makaronu nadir hallarda ağır qaymaqlı souslarla yeyirlər. Onlar zeytun yağı, pomidor əsaslı sous, təzə tərəvəz, göyərti və dəniz məhsullarına üstünlük verirlər. Beləliklə yemək həm yüngül, həm də qidalı olur. Maraqlıdır ki, İtaliyada makaron adətən çoxlu ətlə birlikdə təqdim edilmir. Bu, həzm üçün ağır hesab olunur. Fizioloji baxımdan da belə kombinasiya mədəyə əlavə yük yaradır və yeməyin ümumi kaloriliyini artırır.

Daha bir vacib məqam yemək tempi. İtalyanlar tələsmədən, hər tikədən zövq alaraq yeyirlər. Bu isə beyinə vaxtında toxluq siqnalı almağa imkan verir və nəticədə insan daha az yeyir.

Əsas prinsiplər belədir:

orta porsiya

bərk buğdadan hazırlanmış makaron

“al dente” bişirmə (“dişə uyğun” deməkdir)

yüngül souslar

sakit və yavaş yemək

Bu yanaşmanı mənimsəsəniz, makaron “qadağan olunmuş” məhsul olmaqdan çıxar. O, yenidən olması gərəkdiyi kimi dadlı və balanslı qidalanmanın bir hissəsinə çevrilər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 262

Oxşar yazılar