İsrail “Hizbullah”ın komanda mərkəzini  vurdu
20 fevral 2026 23:41 (UTC +04:00)

İsrail “Hizbullah”ın komanda mərkəzini vurdu

0

İsrail Müdafiə Ordusu Livanın şərqində, Baalbek rayonunda “Hizbullah” təşkilatının silahlı qanadına məxsus komanda mərkəzinə zərbələr endirib.

Lent.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“İsrail Müdafiə Ordusu Livanın Baalbek rayonunda "Hizbullah"ın İsrail ordusuna və İsrail Dövlətinə qarşı hücumlar hazırlamaq üçün istifadə etdiyi komanda mərkəzinə zərbələr endirib. Komanda mərkəzində terrorçuların fəaliyyəti İsrail ilə Livan arasında atəşkəs razılaşmalarının pozulması və İsrailə təhdid təşkil edir”, – deyə açıqlamada deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 228

Oxşar yazılar