Messi və Luis Suaresin oğulları “İnter Mayami” akademiyasının oyununda qol sevinci yaşadıqları fotolar sosial mediada tez bir zamanda populyar mövzuya çevrilib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, "İnter Mayami"nin akademiyasından iki gənc oyunçunun qol vurduqdan sonra bir-birini qucaqladığı anlar futbol azarkeşlərinin böyük diqqətini cəlb edib.
Messi ilə Suares arasındakı uzunmüddətli dostluq və meydandakı anları bir daha xatırlanıb, bu dəfə uşaqlarının şəkli vasitəsilə. Sosial mediada paylaşılan bu an minlərlə bəyənmə və şərh alıb.
