Artıq xoruldamayacaqsınız  - Rahat yatmağınıza kömək edən  4 vərdiş
20 fevral 2026 19:59 (UTC +04:00)

Artıq xoruldamayacaqsınız - Rahat yatmağınıza kömək edən 4 vərdiş

0

Xorultu milyonlarla insanın qarşılaşdığı problemdir. Lakin mütəxəssislər bildirirlər ki, bəzi hallarda bu narahatlıqdan mürəkkəb müalicə olmadan da qurtulmaq mümkündür.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, tanınmış həkim Saminin TikTok sosial şəbəkəsində paylaşdığı tövsiyələrə istinadən xorultunu azaltmaq üçün dörd sadə addımı təqdim edib.

Niyə xoruldayırıq?

Yuxuya gedərkən boğaz əzələləri boşalır və tənəffüs yolları daralır. Hava dar sahədən keçərkən vibrasiya yaradır və bu səs xorultu kimi eşidilir.

Alkoqoldan imtina edin

Həkimin sözlərinə görə, alkoqol boğaz əzələlərini daha da boşaldır və xorultunu gücləndirir. Bu səbəbdən yatmazdan ən azı dörd saat əvvəl spirtli içki qəbul etməmək tövsiyə olunur.

Burun tənəffüsünü yoxlayın

Burun tutulduqda insan ağızla nəfəs alır ki, bu da xorultunu artırır. Problemi aradan qaldırmaq üçün allergiyaya qarşı vasitələr, duzlu məhlulla yuma və ya xüsusi burun zolaqları kömək edə bilər.

Eyni zamanda, damar daraldıcı preparatların hər kəs üçün uyğun olmadığı vurğulanır. Şəkərli diabet, yüksək təzyiq, ürək və ya qalxanabənzər vəz xəstəlikləri olan şəxslər bu vasitələrdən istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər. Mümkün yan təsirlərə ağız quruluğu, baş ağrısı, ürəkbulanma və selikli qişanın qıcıqlanması daxildir.

Arxası üstə yatmayın

Mütəxəssislər bildirirlər ki, arxası üstə uzandıqda dil arxaya doğru sürüşərək tənəffüs yollarını qismən bağlaya bilər. Yan üstə yatmaq isə əlavə müdaxilə olmadan xorultunu əhəmiyyətli dərəcədə azalda bilər.

Çəkini azaldın

Artıq çəki yalnız qarın nahiyəsində deyil, boyun ətrafında da piy toplanmasına səbəb olur. Bu isə tənəffüs yollarını sıxaraq xorultunu gücləndirə bilər. Həkimin sözlərinə görə, bədən çəkisinin cəmi 5-10 faiz azalması belə nəzərəçarpacaq nəticə verə bilər.

Nə vaxt həkimə müraciət etməli?

Əgər xorultu çox güclüdürsə, nəfəsin dayanması epizodları ilə müşayiət olunursa və ya gün ərzində güclü yorğunluq hiss edilirsə, bu daha ciddi yuxu pozuntularının əlaməti ola bilər. Belə hallarda mütəxəssisə müraciət etmək tövsiyə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 264

Oxşar yazılar