FHN Tərtərdəki faciə ilə bağlı məlumat yayıb
12 noyabr 2009 19:00 (UTC +04:00)

FHN Tərtərdəki faciə ilə bağlı məlumat yayıb

0
5 hərbçi hadisə yerində həlak olub, 7 hərbçi və 3 mülki şəxs isə yaralanıb


Noyabrın 11-də Tərtər rayonunun Cəmilli kəndi ərazisində vətəndaşa və Müdafiə Nazirliyinə məxsus 2 "ZİL" markalı yük avtomobilinin toqquşması ilə bağlı Fövqəladə Hallar Nazirliyi rəsmi məlumat yayıb.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 5 hərbçi hadisə yerində həlak olub, 7 hərbçi və 3 mülki şəxs yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Qəzadan sonra Müdafiə Nazirliyinə məxsus avtomobilin arxa təkərləri yanıb. Yanğın saat 20:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 536

Oxşar yazılar