Sərdar Cəlaloğlunun qardaşı oğlu həbs olundu
0
0
Qurban Məmmədovun oğlu əsgər yoldaşını döyməkdə təqsirləndirilir
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun qardaşı oğlu həbs edilib.
S.Cəlaloğlu APA-ya açıqlamasında bildirib ki, qardaşı Süleyman Məmmədlinin hərbi xidmətdən yeni qayıtmış oğlu Altay Məmmədli ötən gün dindirilmək üçün Bərdə Hərbi Prokurorluğuna çağırılıb. Dindirilmədən sonra isə həbs edilib. S. Cəlaloğlunun sözlərinə görə A. Məmmədli hərbi xidmətdə olarkən əsgər yoldaşını döyməkdə ittiham olunur.
Partiya sədri isə bunun həqiqətə uyğun olmadığını, həbsin arxasında başqa məqsədlərin dayandığını bildirib: “Altay Məmmədli hərbi xidmətdə olanda onların yerləşdiyi hissədə binaların birində yanğın olub. O zaman həmin binanı yenidən tikmək üçün hərbi hissə rəhbərliyi əsgərlərdən pul yığıb, amma Altay və ailəsi bundan imtina edib. Buna görə də o, hərbi hissə rəhbərliyi tərəfindən mütəmadi olaraq işgəncələrə məruz qalıb, atası bununla bağlı dəfələrlə hərbi prokurorluğa, digər dövlət qurumlarına müraciət edib. Bundan sonra isə başqa bir əsgərə izahat yazdırıblar ki, guya Altay onu döyüb”.
S. Cəlaloğlu bildirib ki, məsələnin ədalətli həlli üçün müvafiq dövlət qurumlarına müraciət olunacaq və günahkarların cəzalandırılması tələb ediləcək.
Bərdə Hərbi Prokurorluğundan isə APA-ya bildirilib ki, əsgər A. Məmmədli Cinayət Məcəlləsinin 331.3-cü (hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə) maddəsi ilə təqsirli bilinir. O, hərbi xidmətdə olduğu dövrdə əsgər yoldaşlarına qarşı nalayiq hərəkətlərə yol verib.
İstintaq sirri olduğu üçün Hərbi Prokurorluqdan bu barədə əlavə məlumat verilməyib.
Qeyd edək ki, A. Məmmədlinin günahı sübuta yetirilsə, onu 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.