Azərbaycan Misirə nota verib
22 yanvar 2010 16:30 (UTC +04:00)

Azərbaycan Misirə nota verib

0
Bakıda Misir kinosu həftəsinin keçirilməsi barədə məqalədə Dağlıq Qarabağ və Naxçıvan Ermənistan ərazisi kimi göstərilib


Azərbaycanın Qahirədəki səfirliyi Misirin Xarici İşlər Nazirliyinə, o cümlədən İnformasiya Nazirliyinə, Kommunikasiya və Texnologiyalar Nazirliyinə Misir informasiya saytında təqdim olunmuş xəritədə Azərbaycan ərazisi olan Dağlıq Qarabağ və Naxçıvan Muxtar Respublikasının Ermənistan tərkibində göstərilməsi ilə əlaqədar olaraq etiraz notası göndərib. Bu barədə Azərbaycan səfiri Faiq Bağırov Trend News-a deyib.

Bakıda Misir kinosu həftəsinin keçirilməsi barədə Moheet.com saytında dərc olunan məqalədə Dağlıq Qarabağ və Naxçıvan Ermənistan ərazisi kimi göstərilib.

"Eyni zamanda, həmin şirkətə (Moheet.com) müvafiq məktub göndəriləcək", - Bağırov Qahirədən telefon vasitəsilə Trend News-a deyib.

Məqalədə Bakıda Azərbaycanın Kinematoqraflar Birliyi ilə birgə Azərbaycan və Misir arasındakı mədəni əlaqələrin möhkəmlənməsinə yardım edəcək Misir kinosu həftəsinin keçirilməsindən danışılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 655

Oxşar yazılar