ABŞ Haitidə ağalıq edir
21 yanvar 2010 10:00 (UTC +04:00)

ABŞ Haitidə ağalıq edir

0
Jurnalistlər Port-o-Prens aeroportundan qovulub, rusların humanitar yük təyyarəsinin enməsinə icazə verilməyib

ABŞ hərbçiləri xarici ölkə jurnalistlərini zəlzələnin viran etdiyi Haitinin paytaxtı Port-o-Prensdə olan aeroportdan uzaqlaşdırıblar və jurnalistlərə qarşı belə davranışın səbəbini açıqlamayıblar.

Lent.az-ın “Exo Moskva” radiosuna istinadən verdiyi məlumata görə, Rusiyanın humanitar yük daşıyan təyyarəsinin də Port-o-Prens aeroportuna enməsinə də icazə verilmir.

Rusiyanın humanitar yük daşıyan təyyarəsi hazırda Venesuelada Karakas aeroportuna enib. Amerikalı hərbçilər rusların humanitar yük təyyarəsinin enişinə icazə verilməməsini Port-o-Prens aeroportunda təyyarələrin çox olması ilə izah edirlər. Ancaq rus mənbələri amerikalıların söylədiklərini bəhanə sayırlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 464

Oxşar yazılar