Mərkəzi Bankın pullarını daşıyan  təyyarə qəzaya düşdü: 15 ölü var
28 fevral 2026 18:18 (UTC +04:00)

Mərkəzi Bankın pullarını daşıyan təyyarə qəzaya düşdü: 15 ölü var

0

Boliviyanın qərb bölgəsində, ölkənin Hərbi Hava Qüvvələrinə məxsus Hercules yük təyyarəsi qəzaya uğrayıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Mərkəzi Banka pul aparan təyyarənin qəzaya uğraması nəticəsində 15 nəfər həyatını itirib.

Bildirilir ki, təyyarə ölkənin daxili ərazilərinə yeni pul banknotlarını daşıyırmış. Hadisənin şahidləri təyyarənin düşərkən onlarla nəqliyyat vasitəsini məhv etdiyini iddia edirlər. Fərdi avtomobillərlə yanaşı, magistralda hərəkət edən yük maşınları da zədələnib.

Müdafiə Nazirliyi bildirib ki, təyyarənin apardığı pullar rəsmi nömrələməyə və seriya nömrəsinə malik deyil, buna görə də onların alış qiyməti yoxdur. “Onların toplanması, saxlanılması və istifadəsi cinayət sayılır” - deyə müdafiə nazirliyi əlavə edib. Hökumət və polis hadisənin səbəbləri, eləcə də nəticələri barədə hələlik rəsmi açıqlama verməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 458

Oxşar yazılar